BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Nərimanov Sosial Xidmət Mərkəzində (SXM) xidmətlərdən yararlanan uşaqlar üçün ekskursiya keçirilib, eləcə də onlar incəsənət master-klaslarına cəlb olunublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Milli İncəsənət Muzeyinə təşkil edilən ekskursiya zamanı benefisiarlar “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi çərçivəsində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan M.Q.İrəvaninin zəngin və çoxşaxəli bədii irsi ilə yaxından tanış olublar. İştirakçılar ustad dərsləri zamanı rəssamlıq və müxtəlif əl işləri üzrə öz yaradıcılıq bacarıqlarını sınamaq imkanı əldə ediblər”.
Tədbir uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, həmçinin sosial bacarıqlarının gücləndirilməsi məqsədi daşıyıb.





