Press "Enter" to skip to content

Deputat Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

Deputat Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

BAYRAQDAR MEDİA – Milli Məclisinin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platformasının baş katibi Azər Allahverənov Türkiyədən gələn QHT nümayəndəsi ilə görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli QHT Forumundan daxil olub.

Xəbərdə deyilir ki, “QHT Forumunun ofisində baş tutan görüşdə İzmir Azərbaycan Dərnəyinin İdarə Heyətinin sədri Pərviz Altay və Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir İsmayılov iştirak ediblər. Görüş zamanı A.Allahverənov TDT-yə üzv ölkələrin QHT Platformasının Katibliyinin tərəfdaşlıq əlaqələri və vətəndaş cəmiyyəti institutlarının inkişafına yönəlmiş fəaliyyətlər barədə ətraflı məlumat verib. O, Platformanın gələcək fəaliyyət istiqamətlərindən danışaraq Türk dünyasının QHT-ləri arasında koordinasiyanın və qarşılıqlı dəstəyin gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb”.

Ardınca xəbərdə, “baş katib qeyd edib ki, TDT-yə üzv ölkələrin vətəndaş cəmiyyəti institutlarını bir platformada birləşdirmək ideyası xalqlar arasında mənəvi və mədəni bağların möhkəmləndirilməsinə, eləcə də ortaq dəyərlərin qorunub inkişaf etdirilməsinə xidmət edir. Tərəflər görüş çərçivəsində TDT-yə üzv ölkələrin QHT-ləri arasında əməkdaşlığın cari vəziyyəti, birgə layihələrin icrası, ictimai diplomatiyanın inkişafı və vətəndaş institutlarının rolunun artırılması istiqamətində fikir mübadiləsi aparıblar” deyə bildirilir.

Sonda qarşılıqlı əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Mission News Theme by Compete Themes.