Press "Enter" to skip to content

Eskişehir Türk Ocağı başqanından rektora ziyarət

Görüş zamanı

BAYRAQDAR MEDİA – Eskişehir Türk Ocağının başqanı, Prof. Dr. Nedim Ünal Anadolu Universitetinin rektoru, Prof. Dr. Yusuf Adıgüzelə ziyarəti edib. Görüş zamanı universitetlə Türk Ocağı arasında mədəni və akademik əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Bu barədə univeristetdən məlumat verilib.

Məlumata görə, Anadolu Universitetinin rektorluq ofisində reallaşan görüşdə Prof. Dr. Nedim Ünal və Prof. Dr. Yusuf Adıgüzel türk mədəniyyətinin qorunması, yayılması və gənc nəsillərə ötürülməsi məsələlərində birgə fəaliyyətin vacibliyini vurğulayıblar: “Görüşdə hər iki tərəf təhsil və mədəni layihələr üzrə ortaq işlərin görülməsi üçün fikir mübadiləsi apararaq konkret addımlar atmaq barədə qərara gəlib. Bu ziyarət Anadolu Universiteti ilə Türk Ocağı arasında gələcək layihələrə işıq tutacaq, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqların təməlini qoymuş olub”.

Mission News Theme by Compete Themes.