BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 166 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib”.
Ümumilikdə, Nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 54 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, hadisələr zamanı 7 nəfər həyatını itirib.





