Press "Enter" to skip to content

Lüksemburqun səfiri univeristetdə olub

Ziyarətdən foto

BAYRAQDAR MEDİA – Lüksemburqun Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Daniel Da Kruz Ankara Universitetinin rektoru, Prof. Dr. Necdet Ünüvarı ziyarət edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, görüşdə rektor müavinləri Prof. Dr. Hatice Bakkaloğlu, Prof. Dr. Kaan Orhan və Xarici Əlaqələr üzrə koordinator Prof. Dr. Oğuz Güngör də iştirak ediblər: “Görüş zamanı Ankara Universiteti ilə Lüksemburq Universiteti arasında təhsil sahəsində mümkün əməkdaşlıq imkanları, eləcə də tələbə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Səfir Ankara Universitetində gördüyü qonaqpərvərlikdən son dərəcə məmnun qaldığını bildirib. Coğrafi baxımdan kiçik bir ölkə olmalarına baxmayaraq, Lüksemburq Universitetinin inkişaf edərək beynəlxalq reytinqlərdə çox mühüm mövqelərə yüksəldiyini qeyd edən səfir Daniel Da Kruz tibb başda olmaqla bir çox müxtəlif sahələrdə fəaliyyət göstərdiklərini vurğulayıb”.

Rektor isə çıxışında bəzi ölkələrin əhəmiyyətinin onların əhali sayı ilə ölçülmədiyini, Lüksemburqun həm əhali, həm də ərazi baxımından kiçik ölkə kimi görünməsinə baxmayaraq, Avropa Birliyinin qurucu dövlətlərindən biri olması baxımından olduqca mühüm mövqeyə malik olduğunu qeyd edib. N.Ünüvar böyük uğurların kiçik addımlarla başlandığını, səfir Daniel Da Kruzun bu ziyarətinin də həmin mənada çox dəyərli olduğunu xüsusi olaraq vurğulayıb.

Mission News Theme by Compete Themes.