Son yeniləmə: 25 Yanvar 2026
BAYRAQDAR MEDİA – AK Partinın Iğdır Mərkəz İlçə Təşkilatı şəhərin gələcəyi ilə bağlı mühüm qərarların və planların müzakirə olunduğu Məsləhət Şurası Toplantısını keçirib. Mərkəz İlçə sədri, əczaçı Mehmet Engin toplantı çərçivəsində təşkilat üzvləri ilə bir araya gələrək genişmiqyaslı fəaliyyət təqvimini təqdim edib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, toplantının ən diqqətçəkən mövzularından biri bölgənin taleyini dəyişdirəcək Zəngəzur Dəhlizi və sərhəd-keçid məntəqələri olub.
Dəhlizin açılması ilə Iğdırda misli görünməmiş iqtisadi və sosial canlanmanın yaşanacağını vurğulayan sədr Mehmet Engin bildirib: “Bu prosesə Iğdır əhalisi olaraq indidən hazır olmalıyıq. Iğdırın inkişafı üçün hər kəs daşın altına əlini qoymalı və ortaq bir hədəf istiqamətində hərəkət etməlidir”.





