BAYRAQDAR MEDİA – Pamukkale Universiteti (PAÜ) tərəfindən təşkil olunan “Türk aviasiya tarixi və TUSAŞ” adlı tədbirin qonağı TEİ İdarə Heyətinin sədri, professor doktor Fahrettin Öztürk olub.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, Prof. Dr. Hüseyn Yılmaz Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Denizli valisi Ömər Faruk Coşkun, Pamukkale Universitetinin rektoru Prof. Dr. Mahmud Güngör, eləcə də dekanlar, akademik heyət və tələbələr iştirak ediblər.
Tədbirin açılış nitqi ilə çıxış edən rektor Prof. Dr. Mahmud Güngör bunları deyib: “Millətlərin tarixi bəzən qələmlə yazılır, bəzən alın təri ilə… Amma elə anlar var ki, tarix qanadlarla yazılır. Türk aviasiya tarixi məhz belə bir yürüşün adıdır: Yerdən göyə uzanan bir əzmin, “mümkün deyil” deyilənə qarşı göstərilən iradənin hekayəsidir. Bizim sivilizasiyamız göyə baxmağı heç vaxt xəyala qapılmaq kimi görməyib. Əksinə, göyə baxmağı istiqamət şüuru hesab edib. ‘İstiqbal göylərdədir’ sözü bir arzu deyil, bir xarakter bəyanıdır”.
Qeyd edilib ki, açılış nitqindən sonra mətbuata qapalı şəkildə keçirilən söhbətdə TEİ İdarə Heyətinin sədri Prof. Dr. Fahrettin Öztürk TEİ-nin yaradılmasından əvvəlki dövr və quruluş mərhələsinə qədər olan müddətdə türk aviasiya tarixi haqqında məlumat verib, türk aviasiya tarixi araşdırmaları və bu sahəyə istiqamət vermiş önəmli şəxsiyyətlərdən bəhs edib: “Sonra proqram TUSAŞ tərəfindən istehsal olunan KAAN adlı döyüş təyyarəsinin tanıtım videosunun nümayişi ilə davam edib. Denizli valisi Ömər Faruk Coşkun və PAÜ rektoru Mahmud Güngör tərəfindən Fahrettin Öztürkə təşəkkür sənədi və hədiyyə təqdim edildikdən sonra tədbir ailə fotosunun çəkilməsi ilə başa çatıb”.





