BAYRAQDAR MEDİA – Anadolu Universitetinin rektoru, Prof. Dr. Yusuf Adıgüzel Eskişehir valisi vəzifəsinə təyin olunan doktor Erdinç Yılmaza “xeyirli olsun” ziyarətində olub.
Bu barədə universitetdən bildirilib.
Məlumata görə, ziyarət çərçivəsində rektor Yusuf Adıgüzel vali Erdinç Yılmaza xoş arzularını çatdıraraq, çiçək əvəzinə ianə çağırışına cavab olaraq Anadolu Universitetinin Təhsilə Dəstək Fondu vasitəsilə vali Yılmazın adından tələbələrin təqaüd ehtiyaclarına töhfə məqsədilə ianə etdiklərini bildirib. Eyni zamanda “Hər tələbə bir fidan” anlayışı ilə həyata keçirilən Yunus Emre Meşəsi Layihəsi çərçivəsində vali Yılmazın adına əkilmiş fidana aid sertifikatı təqdim edib.
Eskişehir valisi doktor Erdinç Yılmaz isə göstərilən diqqət və edilən ianəyə görə rektor Yusuf Adıgüzələ təşəkkür edərək, təhsilə verilən bu dəstəyin son dərəcə mənalı olduğunu vurğulayıb. Bu töhfənin tələbələr üçün birbaşa və yerini tapan dəstək olduğunu qeyd edən vali Yılmaz, təhsilçi bir rektor tərəfindən təhsilə yönəlik belə dəyərli addımın atılmasını ayrıca yüksək qiymətləndirib.
Yunus Emre Meşəsi Layihəsi çərçivəsində adına əkilən fidan üçün də minnətdarlığını bildirən vali Yılmaz, “Artıq Eskişehirdə əkilmiş bir ağacımız var” deyərək, bu mənalı jestin şəhər üçün qalıcı bir dəyər daşıdığını ifadə edib. Vali Yılmaz yaxın dövrdə universitetlərlə birgə Eskişehirə dəyər qatacaq layihələrin həyata keçiriləcəyini də əlavə edib.





