BAYRAQDAR MEDİA – İcbari tibbi sığortadan özəl tibb müəssisələrində istifadə də artmaqdadır. Bunu İcbari Tibbi Sığorta üzrə Agentliyin sədri Zaur Əliyev deyib.
2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə həsr edilmiş mətbuat konfransında sədr bildirib ki, 2025-ci ildə özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub: “Bu da ötən illə müqayisədə təxminən 9 faiz artım deməkdir. İl ərzində özəl tibb müəssisələrinə ümumilikdə 308 mindən çox göndəriş verilib. Bu göndərişlərin 85 faizi planlı, 15 faizi isə təcili xarakter daşıyıb”.
Bildirilib ki, planlı göndərişlərin 2024-cü illə müqayisədə azalmasının əsas səbəbi radioloji xidmətlərin dövlət tibb müəssisələrində geniş şəkildə təmin olunmasıdır: “Təcili göndərişlərdə isə əsas payı ürək-damar xəstəlikləri təşkil edib”.





