Press "Enter" to skip to content

Azərbaycan-İsrail biznes forumu keçirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı,sənaye,tikinti, əczaçılıq, kənd təsərrüfatı, texnologiyalar, su təchizatı və idarəçiliyi, nəqliyyat-logistika, kibertəhlükəsizlik, bankçılıq, turizm və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb. “Qeyd olunub ki, yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayır. Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsindəAzərbaycan və İsrail prezidentlərinin görüşü zamanı ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib. İsrail ilə geniş spektrli sahələr üzrə qarşılıqlı faydalı tərəfdaşlıq formalaşıb. Bununla yanaşı, ölkələrimiz arasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə işbirliyinin təşviqi üçün geniş imkanlar var”.

Məlumatda deyilir ki, iqtisadiyyat naziri Azərbaycanın cəlbedici investisiya mühiti, investorlar üçün yaradılan imkanlar haqqında danışıb, forumda aparılan müzakirələrin yeni təşəbbüslərin gerçəkləşdirilməsinə, işgüzar əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan-İsrail münasibətlərinin dinamik inkişafını yüksək qiymətləndirib, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün mütəmadi dialoqun və birgə layihələrin artırılmasının vacibliyi vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İsraillə iqtisadi əməkdaşlığın inkişafında təşkil edilən tədbirlərin, işgüzar əlaqələrin töhfələrini qeyd edib, biznes tərəfdaşlığı haqqında fikirlərini bölüşüb.
Tədbirdə Ələt Azad İqtisadi Zonası, İqtisadi Zonaların İnkişafı Agentliyi və AZPROMO nümayəndələri tərəfindən Azərbaycanın Xəzər regionunda strateji biznes mərkəzi kimi rolu, ölkəmizin investisiya potensialı barədə təqdimatlar keçirilib.

Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir zamanı B2B və B2G görüşlər təşkil olunub.

Mission News Theme by Compete Themes.