Press "Enter" to skip to content

Dünya Bankı ilə tərəfdaşlıq müzakirə olunub

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionununinfrastruktur sahəsi üzrə regional direktoru Çarlz Kormiyer və Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycanın Dünya Bankı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulanıb.Bankın ölkə iqtisadiyyatının müxtəlif sahələrində göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

Tərəflər birgə layihələrin icra vəziyyətini dəyərləndiriblər. Şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regional perspektivləri, şəhər mobilliyi, bərpa olunan enerji və yaşıl iqtisadiyyatakeçid təşəbbüslərinədəstək imkanları nəzərdən keçirilib.

Mission News Theme by Compete Themes.