BAYRAQDAR MEDİA – Qeyri-dövlət və qeyri-neft/qaz sektorunda işləyənlər üzrə sığortahaqqının hesablanması qaydası dəyişdirilib.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında deyib. “Tibbi sığorta haqqında” Qanunda edilən dəyişikliklər barədə məlumat verən Z.Əliyev
bildirib ki, yeni qiymətlər aşağıdakı kimidir.
İşəgötürən tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
İşçi tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz.
Qeyd edilib ki, əvvəl bu məbləğ 8000 manat idi.





