Press "Enter" to skip to content

İkili diplom proqramı üzrə aralıq dövr müraciətləri başlayıb 

BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edbali Universitetində bakalavr tələbələrinə ikinci diplom imkanı yaradan İkili Diplom Proqramı üzrə qeydiyyat prosesi yenidən başlayıb. Bakalavr proqramları arasında 15-dən çox ixtisası bir-biri ilə uyğunlaşdıran və tələbələrə qeydiyyatda olduqları proqramdan əlavə ikinci diplom əldə etmək imkanı verən bu proqrama 2025–2026-cı tədris ilinin yaz semestrində də yüksək maraq göstəriləcəyi gözlənilir.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Bildirilib ki, hazırda universitetin 9 fakültəsində ikili ixtisas (cüt ana dal) proqramları aktiv şəkildə tətbiq olunur: “İkili ana dal proqramları sayəsində tələbələr əsas bakalavr proqramı ilə yanaşı ikinci bir bakalavr proqramını paralel şəkildə davam etdirə bilir, proqramı uğurla başa vuran tələbələr iki ayrı bakalavr diplomu almaq hüququ qazanırlar. Universitetdə eyni zamanda 15 müxtəlif struktur bölməsində yan ixtisas proqramları həyata keçirilir. Yan ixtisas proqramları tələbələrin maraq göstərdikləri fərqli sahələrdə akademik bilik əldə etməsinə şərait yaradır, məzuniyyətdən sonrakı karyera seçimlərini genişləndirir. Yan ixtisas təhsilini uğurla tamamlayan tələbələr sertifikat almaq hüququ qazanırlar”.

Mission News Theme by Compete Themes.