Press "Enter" to skip to content

İsraillə iqtisadi tərəfdaşlıq möhkəmləndirilir

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb: “Müxtəlif istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün böyük potensial var. Tərəflər iqtisadi işbirliyinin hüquqi bazasının möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, enerji,yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Birgə investisiya layihələrinin icra vəziyyəti nəzərdən keçirilib”.

Mission News Theme by Compete Themes.