BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşı Aida Hüseynova 75 illik yubileyi münasibətilə Təşəkkürnamə ilə təltif olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Təşəkkürnaməni təqdim edən MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov Aida Hüseynovanın uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib, onu təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb”.





