Press "Enter" to skip to content

Zaur Əliyev: 2025-ci ildə əhalinin 54 faizi icbari tibbi sığorta xidmətlərindən yararlanıb

Zaur Əliyev

BAYRAQDAR MEDİA – “2025-ci ildə əhalinin 54 faizi icbari tibbi sığorta xidmətlərindən yararlanıb”.

Bunu İcbari Tibbi Sığorta üzrə Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

“2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında sədr icbari tibbi sığorta üzrə 2025-ci ilin əsas tibbi statistik göstəricilərini ictimaiyyətin diqqətinə çatdırıb.

Qeyd edilib ki, bu göstərici icbari tibbi sığorta sisteminə ictimai etimadın və marağın ildən-ilə artdığını nümayiş etdirir: “Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir”. Z.Əliyevin sözlərinə görə, ötən il pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb: “İcbari tibbi sığorta çərçivəsində15,8 milyon müraciət qeydə alınıb”.

Zaur Əliyev qeyd edib ki, 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 faizə yaxın artım deməkdir.

Vurğulanıb ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir. Diaqnoz qrupları üzrə statistikaya toxunan Zaur Əliyev bildirib ki, ən çox göstərilən xidmətlər əsasən xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır. Ən çox yayılanxəstəliklər arasında qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ön sıralardadır.

Ödəniş strukturuna dair məlumat verən Agentlik sədri qeyd edib ki, həm TƏBİB tabeli dövlət tibb müəssisələrində, həm də özəl tibb müəssisələrində aparıcı diaqnoz qrupları üzrə oxşar tendensiya müşahidə olunur.

Belə ki, TƏBİB tabeli tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşür.

Özəl tibb müəssisələrinə yönəldilən ödənişlərdə isə qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri və sümük-əzələ sisteminin xəstəlikləri üstünlük təşkil edir. İl ərzində dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında ginekoloji əməliyyatlar, xüsusilə təbii doğuşlar birinci yerdə qərarlaşıb. Pasiyentlərin tez-tez müraciət etdiyi digər əməliyyat isə katarakta əməliyyatı olub. Katarakta əməliyyatlarına tələbatın yüksək olması səbəbindən dövlət tibb müəssisələri ilə yanaşı, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələri də prosesə cəlb edilir. Vətəndaşların vaxtında tibbi xidmət almasını təmin etmək məqsədilə bu istiqamətdə özəl tibb müəssisələrinə göndərişlər verilir.

Mission News Theme by Compete Themes.