Zaur Əliyev: Bu da Çağrı mərkəzinin operativliyinin göstəricisidir
BAYRAQDAR MEDİA – “2025-ci il ərzində Agentliyin Çağrı mərkəzinə ümumilikdə 230 minə yaxın zəng daxil olub. Zənglərin əsas hissəsi göndərişlər, müayinə və müalicə, dərman və tibbi sərf məsələləri ilə bağlı olub”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər”mövzusunda mətbuat konfransında deyib.
O, bildirib ki, daxil olan zənglərin 97 faizi dərhal cavablandırılıb: “Bu da Çağrı mərkəzinin operativliyinin göstəricisidir”.
O, həmçinin, əlavə edib ki, son illər Çağrı mərkəzinin fəaliyyəti təkmilləşdirilib və xidmətlərin qiymətləndirilməsi mexanizmi tətbiq olunub: “Belə ki, 52 mindən çox zəng üzrə aparılan qiymətləndirmə nəticəsində vətəndaşların 87 faizi Çağrı mərkəzinin fəaliyyətini 4 və 5 balla dəyərləndirib. Bu da Agentlik üçün vətəndaş məmnuniyyətinin və göstərilən xidmətlərin daha da yüksəldilməsi baxımından mühüm göstəricidir”.





