Press "Enter" to skip to content

Kıbrıs türk xalqının şahlanış günü

KKTC

27–28 Yanvar Dirənişi 68 yaşında

BAYRAQDAR MEDİA – Kıbrıs türk xalqının İngilis müstəmləkə idarəçiliyinə və Enosis məqsədlərinə qarşı apardığı şərəfli mübarizənin rəmzi olan 27–28 Yanvar 1958-ci il Dirənişi 68-ci ildönümündə ehtiram və rəhmətlə yad edilir.

27 yanvar 1958-ci ildə bir qrup lisey şagirdinin başladığı “Taksim” yürüşü ilə alovlanan və bütün adaya yayılan mübarizə, Kıbrıs türkünün iradəsinin yox sayıla bilməyəcəyini dünyaya bir daha xatırladıb.

Kırım Haber Ajansının məlumatına görə, adadakı varlığını və hüquqlarını qorumaq naminə Kıbrıs türk xalqının ortaya qoyduğu ən böyük tarixi çıxışlardan biri olan 27–28 Yanvar 1958 Dirənişi bu gün 68-ci ildönümündə dərin ehtiramla anılır: “Mübarizə 27 yanvar 1958-ci ildə Lefkoşada lisey şagirdlərinin İngilis müstəmləkə idarəçiliyinə qarşı “Taksim” tələbi ilə təşkil etdikləri mitinqlə başladı. İngilis əsgərlərinin dəyənək, gözyaşardıcı qaz bombaları və zirehli texnikalarla həyata keçirdiyi sərt müdaxilə nəticəsində ilk gün iki günahsız Kıbrıs türkü həyatını itirdi. İlk gün baş verən qanlı müdaxilədən sonra xalqın reaksiyası daha da böyüyərək adanın bütün ərazisinə yayıldı. 28 yanvar günü dirəniş başda Lefkoşa və Qazimağusa olmaqla digər bölgələrdə də şiddətini artırdı. İngilis müstəmləkə qüvvələrinin atəş açması nəticəsində iki gün davam edən hadisələr zamanı Lefkoşada 5, Qazimağusada 2 olmaqla ümumilikdə 7 Kiprıs Türkü şəhid oldu və varoluş mübarizəsinin simvoluna çevrildi”.

Mission News Theme by Compete Themes.