BAYRAQDAR MEDİA – Yanvarın 28-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə Horovlu kəndinə 77 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin və Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər”.





