Press "Enter" to skip to content

Özbəkistan universitetlərinin II Təhsil Sərgisi olacaq

Özbəkistan universitetlərinin II Təhsil Sərgisi olacaq

BAYRAQDAR MEDİA – 31 yanvar 2026-cı il tarixində Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Crossmedia.az analitik- informasiya portalının dəstəyi ilə Özbəkistan universitetlərinin II Təhsil Sərgisi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Özbəkistanın 15-dən artıq özəl və dövlət universitetinin və ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir. Sərgidə iştirak ödənişsizdir. Özbəkistan təhsil sistemi ilə maraqlananlar tədbirdə iştirak edə bilərlər. Qeyd edək ki, Bakıda Özbəkistan universitetlərinin I Təhsil Sərgisi ötən il təşkil olunmuş və maraqla qarşılanıb”.

Tədbirdə iştirak etmək üçün linkdən qeydiyyatdan keçmək tövsiyə olunur.

Mission News Theme by Compete Themes.