BAYRAQDAR MEDİA – 2026-cı il 22–24 aprel tarixlərində Qazaxıstanın paytaxtında ilk dəfə Regional Ekoloji Sammit keçiriləcək. Sammit ekoloji və su ehtiyatları ilə bağlı problemlərin müzakirəsi, eləcə də əsas məsələlər üzrə razılaşmaların əldə edilməsi məqsədilə dövlət rəhbərlərini, ekspertləri və beynəlxalq təşkilatların rəhbərlərini eyni platformada bir araya gətirəcək.
Bu barədə gov.kz saytı məlumat yayıb.
Məlumatda deyilir ki, tədbirin məqsədi ekoloji çağırışlara dair birgə praktik həllərin işlənib hazırlanması üçün açıq beynəlxalq platformanın formalaşdırılmasıdır: “Aktual problemlərin müzakirəsi və dövlətlərarası razılaşmaların əldə edilməsi üçün Sammitin işində Orta Asiya ölkələri, Avropa Birliyi, ŞƏT və Yaxın Şərqdən təxminən 1500 iştirakçının iştirakı gözlənilir. Sammit çərçivəsində 8 əsas mövzu üzrə müzakirələr aparılacaq. Bunlar aşağıdakılardır: Ekoloji təbii risklərə uyğunlaşma və iqtisadi dayanıqlılıq; Ərzaq təhlükəsizliyi və regionun ekosistemi; Təbii resursların dayanıqlı idarə olunması; Atmosfer havasının çirklənməsi ilə mübarizə və tullantıların idarə edilməsi; Ekoloji ambisiyalara nail olma mexanizmləri; Ədalətli və inklüziv keçid; Ekoloji və rəqəmsal kompetensiyalar və İqlim keçidinə dəstək”.
Məlumata əsasən, sammit çərçivəsində Orta Asiya dövlət başçılarının birgə bəyannaməsinin qəbul edilməsi planlaşdırılır: “BMT ilə tərəfdaşlıq əsasında 2026-cı il Regional Ekoloji Sammitinin (RES 2026) keçirilməsi təşəbbüsü Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev tərəfindən 2023-cü ildə BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı səsləndirilib. Sammitin beynəlxalq tərəfdaşları bunlardır: BMT, OECD, BEA (IEA), IRENA, Asiya İnkişaf Bankı (ADB), Dünya Bankı (WB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), IWMI, SWITCH-Asia”.
Ətraflı məlumat bu saytda.





