BAYRAQDAR MEDİA – Türkiyənin Süleyman Dəmirəl Universiteti Times Higher Education (THE) tərəfindən açıqlanan 2026-cı il üzrə “Sahələr üzrə Dünya Universitetləri Reytinqi”nin nəticələrinə əsasən 3 sahədə sıralamaya daxil olmaq uğuru qazanıb.
Bu barədə univeristetin məlumatında qeyd edilib.
Məlumata görə. THE-nin sahə üzrə qiymətləndirməsində SDÜ “Tibb və Sağlamlıq Elmləri” sahəsində 801–1000 intervalında yer alıb, “Mühəndislik” və “Fiziki Elmlər” sahələrində isə 1001–1250 aralığında mövqe tutub: “Bu nəticələr universitetin xüsusilə səhiyyə, mühəndislik və fundamental elmlər sahələrində tədqiqat potensialının və beynəlxalq görünürlüğünün gücləndiyini göstərir”.
Bildirilib ki, THE tərəfindən açıqlanan sahə reytinqləri universitetlərin müvafiq fənlər üzrə akademik fəaliyyətini tədqiqat nəticələri, sitat təsiri, beynəlxalq görünürlük və akademik nüfuz kimi göstəricilər əsasında ölçür: “Bu baxımdan SDÜ-nün üç sahədə reytinqdə yer alması universitetin qlobal miqyasda rəqabət qabiliyyətini artırmaq istiqamətində apardığı işlərin mühüm göstəricisi kimi dəyərləndirilir”.





