Press "Enter" to skip to content

SXA-da növbəti qəbul

SXA-da növbəti qəbul

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov vətəndaşları qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qəbul zamanı vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və sosial xidmətlərə dair digər müraciətlərinə baxılıb, sualları cavablandırılıb. Eləcə də müxtəlif məsələlər üzrə müraciətlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Ötən il 8 rayonda keçirilmiş vətəndaş qəbullarında ümumilikdə 15 rayondan olan 140 vətəndaş qəbul edilib. Qəbullarda onların müraciətləri dinlənilib və Agentliyin səlahiyyətləri daxilində həll edilib, eləcə də müvafiq dəstək göstərilib”.

Mission News Theme by Compete Themes.