BAYRAQDAR MEDİA – Günün hər saatında vətəndaşların tez-tez seçdiyi küçə ləzzətlərindən olan simitin qiyməti Eskişehirdə artırılıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, artan xərclər səbəbindən aparılan qiymət yenilənməsi nəticəsində simitin satış qiyməti yüksəlib: “Eskişehir Ticarət Palatasının (ETO) yanvar ayı məclis iclasında qəbul olunan qərara əsasən, simitlərin qiymətləri artırıldı. Yeni qiymət tarifləri bütün şəhər üzrə qüvvəyə minib və ictimaiyyətə açıqlanıb. Görüş zamanı müzakirə olunan məsələlər arasında simit qiymətləri də yer alıb. Qiymətləndirmə nəticəsində Eskişehirdə əvvəllər 15 TL-dən satılan simitin qiyməti 20 TL-ə qaldırılıb. Yeni tarif məclis qərarı ilə rəsmi olaraq qüvvəyə minib”.
Məlumatda deyilir ki, qərara əsasən, artırılmış simit qiyməti Eskişehir şəhərinin bütün satış məntəqələrində tətbiq olunacaq. Beləliklə, sakinlər bundan sonra simiti 20 TL-dən ala biləcəklər.





