Press "Enter" to skip to content

Rusiyanın miqrant siyasəti etiraz dogurur

Miqrantlar

Özbəkistan xəbərdarlıq etdi, Qırğızıstan iddia qaldırdı

BAYRAQDAR MEDİA – Qırğızıstan, miqrant işçilərin sosial hüquqlarının pozulduğu iddiası ilə Rusiya əleyhinə Avrasiya İqtisadi Birliyi (AEB) Ədalət Məhkəməsində (Adalet Divanı) dava açıb. Economist.kg və 24.kg saytlarının verdiyi məlumata görə, bu qərar 27 yanvar tarixində Qırğızıstan Parlamenti Sosial İşlər Komitəsinin iclasında ictimaiyyətə açıqlanıb.

Bu barədə Kırım Haber Ajansının məlumatında qeyd edilib.

Məlumata görə, davanın əsas səbəbi Rusiya hakimiyyətinin Qırğızıstan vətəndaşlarının Rusiyada yaşayan ailə üzvlərinə məcburi sağlamlıq sığortası təmin etməyi rədd etməsidir: “Qırğızıstan Məcburi Sağlamlıq Sığortası Fondunun rəhbəri Azamat Mukanov xatırladıb ki, AEB-yə üzv beş ölkə arasında miqrant işçilərin sosial müdafiə və sağlamlıq sığortası da daxil olmaqla ev sahibi ölkə vətəndaşları ilə bərabər hüquqlara malik olmasını nəzərdə tutan razılaşma mövcuddur. Mukanov Rusiyanın bu öhdəlikləri yerinə yetirmədiyini vurğulayıb”.

Məlumatda deyilir ki, Özbəkistan da Rusiyadakı miqrant hüquqları məsələsini gündəmə gətirib: “Özbəkistan Xarici İşlər Nazirliyinin müavini Olimjon Abdullayev 26 yanvar tarixində Rusiyanın Daşkənddəki səfiri Aleksey Erhov ilə görüşüb. Görüşdə Rusiyada çalışan özbək vətəndaşlarının hüquqlarının qorunması məsələsi müzakirə olunub. Toplantıda Özbəkistanın Rusiyadakı baş konsulları və Rusiyanın miqrasiya və hüquq-mühafizə qurumlarının nümayəndələri də iştirak ediblər. Özbəkistan görüş zamanı qeyd edib ki, miqrantların yoxlanışı və reydləri zamanı, qanuni və ya qeyri-qanuni olsun, vətəndaşların hüquqlarının və insan ləyaqətinin pozulmaması əsas prinsipdir”.

Məlumata əsasən, tərəflərin konsulluq məsləhətləşmələrinin və ikitərəfli əlaqələrin müntəzəm həyata keçirilməsi barədə razılığa gəldiyi bildirilib: “Lakin Rusiyanın Daşkənd Səfirliyinin rəsmi internet səhifəsində görüş barədə açıqlama yayımlanmayıb. Görüş, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 15 yanvar tarixində xaricdə yaşayan özbək işçilərin hüquqlarının pozulmasından narahatlığını ifadə etməsindən təxminən bir həftə sonra baş tutub. Mirziyoyev böyükelçi və konsullara “masa arxası diplomatiyası” ilə kifayətlənməməli və xaricdəki vətəndaşların işlədiyi tikinti obyektlərinə, yataqxanalara və təhsil müəssisələrinə gedərək problemləri yerində izləməli olduqlarını vurğulamışdı”.

Mission News Theme by Compete Themes.