BAYRAQDAR MEDİA – Türkiyənin Şam səfiri Nuh Yılmaz ilə Suriya nəqliyyat naziri Yarub Bedir arasında keçirilən görüşdə Osmanlı İmperiyasının ən böyük infrastruktur layihələrindən biri olan Hicaz Dəmir Yolunun yenidən bərpası rəsmi gündəmə alınıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, görüşdən sonra sosial media hesabında açıqlama yayan səfir Nuh Yılmaz bildirib: “Hicaz Dəmir Yolunun bərpası masadakı mövzulardan biri idi” qeyd etməklə Sultan II. Abdülhamid dövrünün simvol layihələrindən birinin yenidən həyata keçiriləcəyinə işarə verib.
Paylaşılan xəritələrə əsasən, “Sultan II. Abdülhamid’in Arzusu” kimi tanınan Hicaz Dəmir Yolunun müasir şəraitə uyğun olaraq yenidən canlandırılması nəzərdə tutulur. Layihənin planlaşdırılan marşrutu belədir:
Türkiyə marşrutu: İstanbul – İzmit – Bilecik – Eskişehir – Konya – Karaman – Adana – Osmaniye
Suriya və Orta Şərq xətti: Hələb – Hama – Homs – Şam – Əmman
Müqəddəs torpaqlar: Mədinə – Məkkə – Ciddə.
Bu xətt vasitəsilə Türkiyə, Suriya, İordaniya və Səudiyyə Ərəbistanı arasında fasiləsiz dəmir yolu bağlantısı qurulması hədəflənir.





