Press "Enter" to skip to content

Tesla-nın Eskişehirdəki şarj stansiyası açılıb

Eskişehir

BAYRAQDAR MEDİA – Eskişehir, Sivrihisar rayonunda quraşdırılması tamamlanan Tesla Supercharger stansiyası istifadəyə verilib.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə Tesla Türkiyə, elektrikli avtomobil sahiblərinə fasiləsiz şarj imkanı təqdim etmək məqsədilə Supercharger şəbəkəsini genişləndirməyə davam edir: “Rəsmi açıqlamaya görə, 2025-ci ilin sonuna qədər Türkiyə üzrə 10 yeni məkanda 80 sürətli şarj qurğusunun istifadəyə verilməsi planlaşdırılırdı. Yeni stansiyalar xüsusilə İstanbul, Ankara, İzmir, Eskişehir və Muğla kimi sıx trafikli bölgələrdə qurulacaq. Tesla Klubunun Türkiyə X hesabından edilən açıqlamada bildirilir: “Sivrihisar, Eskişehir Supercharger açıldı! Xeyirli olsun”.

Mission News Theme by Compete Themes.