BAYRAQDAR MEDİA – Yanvarın 29-da doğma yurduna yola salınan köç karvanı Məmmədbəyli kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə Məmmədbəyli kəndinə 142 nəfərdən ibarət 26 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin və Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər”.





