BAYRAQDAR MEDİA – Webometrics Ranking of World Universities tərəfindən açıqlanan 2026-cı ilin yanvar nəticələrinə əsasən Anadolu Universiteti dünya üzrə 989-cu, Avropada 520-ci, Türkiyə üzrə isə 25-ci yeri tutaraq beynəlxalq uğurunu bir daha təsdiqləyib.
Bu barədə BAYRAQDAR MEDİA-ya universitetdən məlumat verilib.
Məlumata görə, “dünya üzrə ali təhsil müəssisələrini internet resursları, rəqəmsal görünürlüyü və akademik təsiri əsasında qiymətləndirən Webometrics hər il iki dəfə dərc etdiyi reytinqdə 37 mindən çox universiteti təhlil edir. Son nəticələrə görə Anadolu Universiteti qlobal miqyasda ilk 1000 universitet sırasında yer almağa nail olub. 2026-cı ilin yanvar göstəricilərinə əsasən Anadolu Universiteti dünya reytinqində 989-cu, Avropa universitetləri arasında 520-ci, Türkiyə üzrə isə 25-ci pillədə qərarlaşıb. Bu nəticələr universitetin regional və milli səviyyədə rəqabət gücünü açıq şəkildə nümayiş etdirir”.





