Press "Enter" to skip to content

Oğuzhan Hasipoğludan qadınlara dəstək

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Mesarya Qadınları Kənd Təsərrüfatı və İncəsənət Dərnəyinin nümayəndələri KTTC əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu ilə görüşüb. Görüşdə Kıbrıs Mirası Agro-Turizm və İstehsal Mərkəzi çərçivəsində həyata keçirilməsi planlaşdırılan və kənd inkişafına töhfə verməyi, aqro-turizm fəaliyyətlərini artırmağı, həmçinin Kıbrısın kənd təsərrüfatı irsini gələcək nəsillərə ötürməyi hədəfləyən “4 Mövsüm Bağı” layihəsinin detalları təqdim edilib.

Bu barədə kibrispostasi.com saytı məlumat yayaıb.

Məlumata görə, dərnək nümayəndələri vurğulayıblar ki, qadınların rəhbərliyi ilə qurulacaq istehsal və emal obyektləri yalnız iqtisadi gəlir yaratmaqla kifayətlənməyəcək, eyni zamanda qadınların cəmiyyət içindəki mövqeyini gücləndirən, davamlı, nümunəvi və təkrarlana bilən inkişaf modelini təqdim edəcək.

Görüşdə danışan nazir Hasipoğlu, Mesarya Qadınları Kənd Təsərrüfatı və İncəsənət Dərnəyini bu vizyonlu və mənalı layihə üçün təbrik edib. Qadın sahibkarların istehsal proseslərində daha fəal rol oynamasının ölkə iqtisadiyyatı və sosial struktur üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Hasipoğlu, qadınların istehsal gücünü artıracaq hər təşəbbüsün yanında olduqlarını qeyd edib.

Mission News Theme by Compete Themes.