Press "Enter" to skip to content

Ramazan pidesinin qiyməti məlum oldu

Ramazan pidesi

BAYRAQDAR MEDİA – Eskişehirdə Ramazan ayının ən sevilən ləzzətlərindən olan Ramazan pidesinin 2026-cı il üçün satış qiyməti açıqlanıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə Eskişehir Ticarət Palatası (ETO) Məclisində qəbul olunan qərara əsasən, ötən il 250 qramlıq pide 20 TL-dən satılırdısa, bu il 300 qramlıq istehsal ediləcək. Yeni tarifə əsasən, Ramazan pidesi 2026-cı il Ramazan ayı boyunca 30 TL-dən satışa çıxarılacaq.

Qərara əsasən, müəyyən olunan qiymət tarifləri Ramazan ayı boyunca Eskişehir şəhərindəki bütün fırınlarda qüvvədə olacaq. Beləliklə, sakinlər 300 qramlıq Ramazan pidesini 30 TL-dən ala biləcəklər.

Mission News Theme by Compete Themes.