Press "Enter" to skip to content

Uşaq Universitetinin Qış Məktəbi başa çatıb 

Xatirə fotosu

BAYRAQDAR MEDİA – İstanbul Universiteti Uşaq Universiteti tərəfindən təşkil olunan Qış Məktəbi beşinci gün proqramı və sertifikat təqdimetmə mərasimi ilə yekunlaşıb.

Universitetin məlumatında belə deyilir.

Qeyd edilir ki, proqram müddətində müxtəlif fakültə və bölmələrdə təşkil edilən ekskursiyalar, praktik fəaliyyətlər və interaktiv çalışmalar sayəsində uşaqlar universitet həyatını yaxından tanımaq imkanı əldə ediblər: “Sertifikat mərasimində İstanbul Universitetinin rektor müavinləri professor doktor Yahya Güldiken və professor doktor Rabia Nergiz Dağoğlu Sakin də iştirak edib, proqramı uğurla tamamlayan şagirdlərə sertifikatlar təqdim olunub”.

Mission News Theme by Compete Themes.