Press "Enter" to skip to content

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç

BAYRAQDAR MEDİA – Yanvarın 30-da doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Kərkicahan qəsəbəsinə köçürülən 25 nəfərdən ibarət 5 ailəyə, Xanyurdu kəndinə 24 nəfərdən ibarət 6 ailəyə, Təzəbinə kəndinə 41 nəfərdən ibarət 8 ailəyə, Həsənriz kəndinə isə 52 nəfərdən ibarət 10 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin və QMKİDK-nin nümayəndələri iştirak ediblər”.

Mission News Theme by Compete Themes.