Press "Enter" to skip to content

 İğdırın “Xeyirxah mələy”i

İğdırda yaşayan heyvansevər Tülay Atabay

20 ildir üç təkərli velosipedi ilə canlılara həyat verir

BAYRAQDAR MEDİA – İğdırda yaşayan heyvansevər Tülay Atabay 20 ildir küçə heyvanları üçün böyük fədakarlıqla çalışır. Üç təkərli velosipedi ilə məhəllə-məhəllə, küçə-küçə gəzən Atabay, şəhərin hər yerindəki it və pişikləri öz imkanları ilə bəsləyir.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, bir neçə küçə heyvanına yardım etməklə başladığı bu yolculuq, indi yüzlərlə cana uzanan bir xeyirxah hərəkətə çevrilib: “Yayın qızmar isti günlərində və qışın dondurucu soyuğunda belə, Atabay hər gün müəyyən etdiyi marşrut üzrə yem və su paylayır. Atabay, küçə heyvanlarının ən çox aclıq və susuzluqla mübarizə apardığını bildirərək, “Bir qab yemək, bir qab su bəzən bir canı xilas edir. Mənim etdiyim böyük bir şey deyil, amma onlar üçün çox dəyərlidir” deyir”.

Tülay Atabay’ın 20 ildir davam edən bu səssiz, amma mənalı mübarizəsi İğdırda insanlıq və mərhəmətin hələ də canlı olduğunun ən gözəl nümunələrindən biridir.

Mission News Theme by Compete Themes.