BAYRAQDAR MEDİA – “Yanıqların müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. İlkin tibbi yardım, həkim müayinəsi, müvafiq laborator testlər, ehtiyac olduqda stasionar terapevtik yatış icbari tibbi sığortanın Xidmətlər Zərfi hesabına qarşılanır”.
Bu barədə BAYRAQDAR MEDİA-ya İcbari Tibbi Sığorta Agentliyinin məlumatında qeyd edilib.
Qeyd edilib ki, yanıqlar – yüksək temperatur (termiki), kimyəvi, elektrik cərəyanı, radiasiya təsirindən dəri və daha dərin toxumalarının zədələnməsidir: “Termikiyanıqlar qaynar maye, buxar, alov və bərk isti səthlərlətəmas, kimyəvi yanıqlar turşular və qələvilərin təsiri, elektrik yanıqları yüksək və ya aşağı gərginlikli cərəyanın bədənə keçməsi nəticəsində yaranır. Radiasionyanıqların yaranma səbəbiisə günəşin ultrabənövşəyi (UV) şüaları,tibbi prosedurlardan və ətraf mühit mənbələrindən ionlaşdırıcı şüalanmanın təsiri ilə bağlıdır”.
Məlumatda vurğulanıb ki, yüngül yanıqlar poliklinika və ya xəstəxanalarda yanıq şöbəsində, orta dərəcəli yanıqlar müşayiət olunan əlavə xəstəliklər olmadıqda və ya digər xəsarətlər xəstənin ümumi vəziyyətini çətinləşdirmədikdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin yanıq şöbələrində həyata keçirilir: “Ağır dərəcəli yanıqlar isə vətəndaşın çatdırıldığı tibb müəssisəsində ilkin reanimasiyadan sonra Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində həyata keçirilir. Yanıqların müayinə prosesi zamanı zədənin dərinliyi və sahəsi qiymətləndirilir və müxtəlif üsullarla bədənin neçə faizinin yandığı təyin edilərək müalicə tədbirləri həyata keçirilir.Yüngül yanıqların müalicəsi soyutma, antiseptik və yanıq əleyhinə məlhəmlərin tətbiqi, ağrıkəsici vasitələr və bol maye qəbulu ilə aparılır. Ağır yanıqlarda isə stasionar şəraitdə maye və elektrolit balansının bərpası, antibiotiklərin təyini, nekrotik (məhv olmuş) toxumaların cərrahi təmizlənməsi, dərialtı toxumaların transplantasiyası və uzunmüddətli reabilitasiya tələb olunur. Ən yüksək ölüm halları və kontrakturalar (hərəkət məhdudiyyəti) orta-ağır və ağır yanıqlarla əlaqəlidir”.
Məlumatda o da bildirilib ki, yanıq yaralarından sonrakı kontrakturaların rekonstruktiv cərrahiyyəsi, fizioterapiya müalicəsi, dəri köçürülməsi icbari tibbi sığorta hesabına icra edilir: “Düzgün müalicə olunmayan yanıqlar infeksiyalaşma, şok, orqan çatışmazlığı, çapıq və dəri deformasiyaları, həmçinin psixoloji travmalara səbəb ola bilər.Yanıq zamanı ilkin yardımıntəxirəsalınmadan göstərilməsi həyati əhəmiyyət daşıyır. Yanıq mənbəyini aradan qaldırmaq, dərhal yanmış nahiyəni 10–15 dəqiqə boyunca soyuq su iləyumaqlasoyutmaq (buz tətbiq etmədən), qabarcıqları partlatmamaq və təmiz, steril sarğı tətbiq etmək əsas tədbirlərdir. Yanıqların qarşısını almaq üçün qaynar mayeləri uşaqlardan uzaq saxlamaq, mətbəx və iş yerlərində təhlükəsizlik tədbirlərinə əməl etmək, elektrik cihazlarını nəm əllə istifadə etməmək, günəşdənqorunmaqvə kimyəvi maddələrlə təhlükəsiz davranmaq əsas profilaktik tədbirlərdir”.





