Press "Enter" to skip to content

Azərbaycan və ABŞ arasında mədəniyyət əlaqələrinin müzakirəsi

Azərbaycan və ABŞ arasında mədəniyyət əlaqələrinin müzakirəsi

BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Adil Kərimli fevralın 3-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “diplomatı salamlayan nazir Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib. A.Kərimli dövlət tərəfindən Azərbaycanda mədəniyyət və yaradıcı sənayenin inkişafına xüsusi diqqət yetirildiyini deyib. Görüşdə bu il Azərbaycanda yeddinci dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə də söhbət açılıb”.

Mission News Theme by Compete Themes.