Press "Enter" to skip to content

Nə çibörek, nə də balaban küftə

Eskişehir

BAYRAQDAR MEDİA – Eskişehir mətbəxi deyildikdə ilk olaraq çibörek yada düşsə də, şəhərin adını az adamın eşitdiyi çoxsaylı ənənəvi yeməkləri mövcuddur. Bu yeməkləri xəbərimizdə topladıq.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, xüsusilə mətbəx mövzusunda çibörek və Balaban küftəsi ilə turistlərin yaddaşında yer alan Eskişehir əslində adı unudulmaq üzrə olan və ya geniş tanınmayan bir çox yerli yeməklərə sahibdir. Xəbərimizdə yer verdiyimiz yeməklər əsasən şəhərin kəndlərində bu günədək yaşadılır. Budur həmin yeməklər:

1. Kıygaşa
Adətən çiböreklə qarışdırılsa da, Kıygaşa Tatar mətbəxinin ən özəl xəmir xörəklərindən biridir. Mayalı xəmirdən hazırlanaraq qızğın yağda bişirilir. Üzərinə əlavə edilən qara zirə ilə süfrəyə verilir. Adətən dini bayramlarda və xüsusi günlərin səhərlərində hazırlanması bir ənənədir.

2. Göbete
Krım tatarlarının Eskişehir mətbəxinə qazandırdığı ən ağır yeməklərdən biridir. Altı və üstü əl ilə açılan xırtıldayan xəmirdən ibarət olan bu börəyin içi qiymə, soğan və bəzən də düyü ilə hazırlanır.

3. Abısta
Abısta əslində qarğıdalı unu çörəyinin bir növüdür. Qaynar suya qarğıdalı unu əlavə edilərək “beluş” adlanan taxta qaşıqlarla davamlı qarışdırılır. Lazımi qatılıq alındıqdan sonra ortası açılır və içinə təzə Çərkəz pendiri və ya kərə yağı əlavə edilərək isti halda təqdim olunur.

4. Yufkalı Büryan
Eskişehirin yerli mətbəxinə məxsus olan Yufkalı Büryan əsasən xüsusi dəvətlərdə və toy mərasimlərində hazırlanır. Qaynadılmış quzu ətləri ədviyyatlı plovla birləşdirilir və əl ilə açılmış yufkaların arasına qat-qat düzülür.

5. Ağzı Açıq
Adını xəmiri tam bağlanmadığı, yəni “ağzı açıq” qaldığı üçün alıb. Xüsusilə Sivrihisar rayonu ilə eyniləşən bu yemək, içinə bol ədviyyatlı qiymə qoyularaq bişirilir.

Mission News Theme by Compete Themes.