Press "Enter" to skip to content

Nə Çin, nə də Rusiya ABŞ-la müharibə etməyəcək

Əli Orucov

Əli Orucov: Lakin onların hər ikisinin də İranda müxtəlif maraqları var

BAYRAQDAR MEDİA – “İran ətrafında həyacan getdikcə artmaqdadır. Birləşmiş Ştatların bölgədə hərbi gücünü artırması və hədələyici ritorikanın sərtləşməsi mübarizə ehtimallarını daha da artırır. Bununla paralel olaraq müharibədən qaçmaq və mövcud gərginliyi azaltmaq yönündə diplomatik vədlər də intensivləşməkdədir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Əli Orucov deyib.

Hər hansı bir düşünülməmiş addım böyük miqyaslı hərbi toqquşmaya gətirib çıxarar

O, bildirib ki, həm Birləşmiş Ştatlar, həm İran, həm də region dövlətləri eskalasiyanın dağıdıcı fəsadlarını anlayırlar: “Hər hansı bir düşünülməmiş addım böyük miqyaslı hərbi toqquşmaya gətirib çıxarar. 12 günlük müharibədən fərqli olaraq tərəflər daha ciddi hazırlıqlara başlayıblar. İlkin mərhələdə daha çox təbliğat, psixoloji və siyasi alətlərə üstünlük verilməkdədir. ABŞ-ın İranla bağlı irəli sürdüyü 4 əsas şərt sadəcə bəhanədir. Vaşinqton bilərəkdən Tehran rejimindən çətin və icrası mümkün olan tələblər qoymaqla, aternaif seçimləri demək olaraq bağlayıb. Əlbəttə ki, İran özünüm müdafiə qabiliyyətini gücləndirən komponentlərdən imtina etməz. Xüsusuən də raket proqramı onun üçün həm də çəkindirici vasitədir”.

Pekin və Moskva istəyir ki, ABŞ İran bataqlığına düşsün

Müsahibimiz deyib ki, Donald Tramp belə ağır şərtlər irəli sürməklə danışıqları və nizamlanmanı dalana dirəyir: “Məqsəd heç də təkcə teokratik rejimi dəyişmək, parçalamaq deyil, həmçinin İranın zəngin resurslarına nəzarəti ələ keçirməkdir. Sanki Venesueladakı kimi. İran dünya neft və qaz ehtiyatlarının müvafiq olaraq təxminən 16-20 faizinə sahibdir. Dünya ticrət və loqistikasının 20-30 fazinin keçdiyi Hörmüz boğazı var. Yəni ABŞ-ın xarici siyasətində belə bölgələrə total sahiblənmək ana xətt təşkil edir. Ancaq İranda Çinlı Rusiyanın da geosatrteji və digər maraqları var. Pekin İrana 220 milyrad dollar yatırım edəcəyi ilə bağlı ikitərəfli müqavilələr imzalayıb və bu sitiqamətdə də işlər gedir. Rusiyanın İran üzərindən və İranla bağlı bir sıra layihələri var. Bütün bunlardan isə birtərəfli, təmənnasız olaraq ABŞ-a güzəşt edilməsi gözlənilmir. Doğurdur hərbi əməliyattalar başlasa nə Çin, nə Rusiya ABŞ-la müharibə etməyəcək. Lakin Tehrana məlumat, texnaloji və silah dəstəyi və onların komponentləri ilə bağlı yardımlar ediləcək. Pekin və Moskvanın marağındadır ki, ABŞ İran bataqlığına düşsün. Necə ki, Batı Rusiyaya bunu Ukraynada etdi. Məncə Rusiya və Çinin İranda ABŞ-a qarşı hibrid müharibədə iştirakını hesaba almamaq Tramp üçün ciddi xəta olardı. Məhz bu baxımdan da ən yaxşı halda qısamüddətli hədəfli zərbələr üzərində plan qurur. Bunu özü də risklidir”.

Mission News Theme by Compete Themes.