BAYRAQDAR MEDİA – Karsın Arpaçay rayonunda gənclər qışın sərt şəraitini fərqli bir ideya ilə rəngləndiriblər. Qar yığınlarını oyaraq kiçik bir otaq yaradan gənclər, həmin məkanın içinə masa və stullar yerləşdiriblər. Gün ərzində dəmlədikləri çayı bu məkanda içən gənclər, soyuq havaya baxmayaraq, xoş vaxt keçirirlər.
Bu barədə karsguncel.com saytı məlumat yayıb.
Məlumata görə, yaradılan qar məkanının üzərinə asılan Türkiyə bayrağı isə xüsusi diqqət çəkir: “Gənclər həm söhbət edib çay içdikləri bu məkanla qış günlərində özləri üçün isti bir görüş nöqtəsi formalaşdırır, həm də maraq doğuran bir görüntü ortaya qoyurlar”.
Məlumatda deyilir ki, rayon sakinlərinin də diqqətini cəlb edən eskimosayağı bu quruluş, fotoşəkil çəkdirmək istəyənlərin də əsas maraq mərkəzinə çevrilib.





