BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov vətəndaşları qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və digər sosial xidmətlərə dair müraciətlərinə baxılıb. İştirakçıların müvafiq mövzulara aid sualları cavablandırılıb. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlər üzrə müraciətləri qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib”.
Qeyd edək ki, bu cür vətəndaş qəbulları mütəmadi olaraq keçirilir və sosial xidmətlərə əlçatanlığın artırılmasına xidmət edir.





