Press "Enter" to skip to content

Tərəvəzlər torpaqda saxlanılır

Tərəvəzlər torpaq altına basdırılaraq qorunur

BAYRAQDAR MEDİA – Konyanın Hadim rayonunda yığılan tərəvəzlərin təzəliyi əsrlərdir davam edən üsulla – torpaq altına basdırılaraq qorunur.

Bu barədə konhaber.com saytı məlumat yayıb.

Məlumatda deyilir ki, şəhərin ən çox qar yağan rayonlarından biri olan Hadimdə əsrlərdir davam etdirilən ənənəvi üsullardan bəziləri bu gün də yaşadılır: “Rayonun Gezlevi məhəlləsində xüsusilə qış aylarında tərəvəzlərin təzə qalmasını təmin etmək məqsədilə tətbiq edilən “kuyulama” üsulu nəsildən-nəslə ötürülür. Bölgədə yaşayan bəzi sakinlər yay aylarında yığılan tərəvəzləri qış boyunca istehlak etmək üçün torpaq altına basdıraraq saxlayırlar. Qarla örtülü və ilin böyük hissəsində soyuq qalan torpaq sayəsində məhsullar aylarla xarab olmadan qorunub saxlanıla bilir. Təbii soyuq hava anbarı rolunu oynayan torpaq, tərəvəzlərin həm qida dəyərinin, həm də dadının qorunmasına töhfə verir”.

Mission News Theme by Compete Themes.