Press "Enter" to skip to content

“15 Temmuz”un arxasında dayanan çirkin niyyət

İsmayıl Hakkı Turunc sualları cavablandırır

İsmayıl Hakkı Turunç: Çevrilişin məqsədi Türkiyəni parçalamaq idi

BAYRAQDAR MEDİA – “15 İyul Dərnəyinin məqsədi ölkəmizdə demokratiya naminə yaşadıqlarımızın unudulmaması və gələcək nəsillərə ötürülməsidir”.

Bunu 15 Temmuz Şehitler ve Gaziler Derneğinin sədri İsmayıl Hakkı Turunç deyib.

Bakıda keçirilən tədbirdəki çıxışında o, qeyd edib ki, 15 iyulda Türkiyədə küçələrə çıxan insanlar Türkiyə dövləti uğrunda mübarizə aparırdı: “Bu yolda 753 şəhid verdik, 2800-dən çox qazimiz oldu. Çevrilişin məqsədi Türkiyəni parçalamaq idi. Bizə əmanət edilən torpaqları qorumaq üçün ən qiymətli varlığımız olan canımızı ortaya qoyduq Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın cəsarəti və xalqın dəstəyi sayəsində ölkəsinin parçalanmasının qarşısı alınıb”.

FETÖ terror təşkilatının çirkin niyyətlərindən də bəhs edən İsmayıl Hakkı Turunç qardaş ölkələrə də müraciət edib: “Qardaş ölkələrə səslənirik, diqqətli olun”.

Mission News Theme by Compete Themes.