Press "Enter" to skip to content

Heyvanlar üçün peyvəndləmə tədbirləri

Heyvanlar üçün peyvəndləmə tədbirləri

BAYRAQDAR MEDİA – Ölkə ərazisində epizootik sabitliyin və ictimai sağlamlığın təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən cari ilin “Azərbaycan Respublikasının 2026-cı il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur. AXA dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir. Agentlik xatırladıb ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına risklər yarada bilər”.

Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə ödənişsiz həyata keçirilir.

Agentlik bildirib ki, hazırda ölkə ərazisində epizootik vəziyyət sabitdir.

Mission News Theme by Compete Themes.