Press "Enter" to skip to content

Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar

Hisə verilmiş balıqların istehsalı sexində nöqsanlar

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı sexində yoxlama keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “istehsal obyekti qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərir. Həmçinin obyektdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət tələblərə cavab vermir.

Baxış zamanı məhsulların çeşidlənməsi, qurudulması və paketlənməsi üçün sahələrin təşkil edilmədiyi, işçi masaların korroziyaya davamlı materialdan təşkil olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrdən keçirilmədən istehsala verildiyi və digər nöqsanlar aşkarlanıb”.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək istehsal sexinə məhdudiyyət tətbiq edilib, icrası məcburi göstərişlər verilib.

Mission News Theme by Compete Themes.