Press "Enter" to skip to content

“İƏİT Avrasiya Həftəsi – 2026” keçirilib

Tədbirdən xatirə fotosu

Tədbir çərşivəsində Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın paytaxı Paris şəhərindəkeçirilən “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya Həftəsi – 2026” tədbirində iştirak edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini tədbir çərçivəsində “Rəqabətqabiliyyətlilik, investisiya və ticarətin gücləndirilməsi yolu ilə artımın təşviqi” mövzusunda panel sessiyada çıxış edib: “Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və strateji təşəbbüslər barədə məlumat verilib. Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayan ölkəmizin beynəlxalq nəqliyyat və logistika qovşağına çevrildiyi vurğulanıb. Qeyd edilib ki, makroiqtisadi sabitlik,əlverişli investisiya mühiti, həmçinin sənaye zonaları və azad edilmiş ərazilərdə təqdim edilən güzəştlər xarici sərmayədarlar üçün cəlbedici şərait yaradır, xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyaların artmasına təkan verir.Rəqəmsallaşma və müəssisələrin rəqabətqabiliyyətinin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş irimiqyaslı layihələrin regional enerji əməkdaşlığının dərinləşdirilməsi baxımından yeni perspektivlər açdığı diqqətə çatdırılıb”.

Məlumatda daha sonra deyilir: “Ölkəmizin beynəlxalqtərəfdaşlıqlar, ikitərəfli və çoxtərəfli investisiya fondları vasitəsilə ticarət və investisiya əlaqələrini genişləndirdiyi nəzərə çatdırılıb. O cümlədən, Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğu vurğulanıb”.

Mission News Theme by Compete Themes.