Press "Enter" to skip to content

MEK-də Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb

MEK-də Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb

BAYRAQDAR MEDİA – Dövlətin gənclər siyasətinin uğurla icrasına dəstək vermək, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərləri naminə birgə fəaliyyətini gücləndirmək məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Şuranın sədri MEK-in Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Cavid Məmmədli, sədr müavini Könül Hüseynova, üzvü isə Aliyə Cəfərova seçilib. Qeyd edək ki, Şura ictimai əsaslarla fəaliyyət göstərəcək, əsas məqsədi isə gənclərin milli-mənəvi dəyərlər, intellektual inkişaf, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək verməkdir”.

Mission News Theme by Compete Themes.