Press "Enter" to skip to content

Nazir Alagöz Holdinqin rəhbəri ilə görüşüb

Nazir Alagöz Holdinqin rəhbəri ilə görüşüb

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Türkiyənin Alagöz Holdinq Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Cantürk Alagözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonaqları salamlayan M.Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər istiqamətlər üzrə sıx və səmərəli əməkdaşlıq edir. Türkiyəli iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu prosesində aktiv iştirak etdiyini xatırladan nazir qeyd edib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur”.

Ardınca xəbərdə, “C.Alagöz Azərbaycanda kənd təsərrüfatının inkişafının dövlət tərəfindən dəstəkləndiyini, bu amilin aqrar sektora investisiya qoyuluşu prosesini daha cəlbedici etdiyini vurğulayıb. Rəhbərlik etdiyi şirkətin Azərbaycanda aqrar sektorla sıx əməkdaşlıq etdiyini bildirən C.Alagöz Azərbaycanın kənd təsərrüfatına sərmayə qoyuluşunda maraqlı olduqlarını qeyd edib. Tərəflər bitkiçilik və heyvandarlıq sahələrinə sərmayələrin cəlb olunması, bu istiqamətlərdə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi barədə razılıq əldə ediblər” deyə qeyd edilir.

Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri, eləcə də aqrar sahəyə dövlətin dəstək mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.