BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İƏİT Avrasiya Həftəsi – 2026”tədbiri çərçivəsində İƏİT-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın İƏİT-lə fəal və səmərəli əməkdaşlıq etdiyi vurğulanıb: “Xarici investisiyaların cəlbi, rəqəmsallaşma, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlərdə əməkdaşlığın ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib. Tərəflər Azərbaycan və İƏİT arasında tərəfdaşlığın prioritetistiqamətləri, sənaye, maliyyə, ticarət, korporativ idarəetmə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər”.
Məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur ƏliyevFransaya səfər çərçivəsində “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotye ilə də görüşüb: “Görüşdə Azərbaycanda formalaşdırılmışetibarlı və əlverişli biznes mühiti, həmçinin işgüzar əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdiqqətə çatdırılıb. Tərəflər Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin dərinləşdirilməsi, yeni işbirliyi və qarşılıqlı investisiya imkanları ətrafında fikir mübadiləsi aparıblar. Fransa şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı mümkün potensial əməkdaşlıq imkanları müzakirə edilib”.





