Press "Enter" to skip to content

Aparıcı turizm şirkətləri tələbələrlə görüşəcək

BAYRAQDAR MEDİA – Pamukkale Universiteti (PAÜ) tərəfindən 26 mart tarixində təşkil olunacaq 8-ci Karyera Günü çərçivəsində ölkənin aparıcı 50-dən çox turizm müəssisəsi PAÜ tələbələri ilə bir araya gələcək.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Bildirilib ki, 2016-cı ilin martında əsası qoyulan Karyera Günü tədbirlərinin səkkizincisi Pamukkale Universitetinin Turizm Fakültəsinin ev sahibliyi ilə, Pamukkale Universiteti Prof. Dr. Hüseyn Yılmaz Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək. Martın 26-da olacaq tədbirdə sektorun aparıcı turizm şirkətləri saat 10:00–16:00 aralığında stendlər quraraq öz müəssisələrini tanıdacaqlar.

Yeni məzunlar, məzun olmağa hazırlaşan tələbələr və tələbə gənclər Karyera Günü çərçivəsində iştirakçı şirkətlərin rəhbərləri ilə birbaşa görüşmək, iş və təcrübə müraciətlərini prioritet qaydada təqdim etmək, karyera planlarını formalaşdırmaq və sektorla bağlı aktual məlumatlar əldə etmək imkanı qazanacaqlar.

Mission News Theme by Compete Themes.