BAYRAQDAR MEDİA – Ardahanın Çıldır rayonunda təhsilə mənalı dəstək göstərilib. İş adamı Çetin Koçak və Nəşriyyatın məsul müdiri Ergin Akçay Çıldır Rayon Milli Təhsil Müdiri Gürbüz Yıldızı iş otağında ziyarət ediblər.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, ziyarət zamanı rayondakı məktəblərdə təhsil alan şagirdlərə paylanmaq üçün dəyərli kitab bağışı təqdim olunub: “Bu ianə şagirdlərdə mütaliə vərdişlərinin formalaşmasına və onların təhsil həyatının zənginləşdirilməsinə mühüm töhfə verəcək addım kimi qiymətləndirilib. Görüş zamanı təhsilə göstərilən dəstəyin əhəmiyyəti xüsusi vurğulanıb. Çıldır Rayon Milli Təhsil Müdiri Gürbüz Yıldız göstərilən diqqət və qayğıya görə Çetin Koçak və Ergin Akçaya təşəkkürünü bildirib. O, bu cür töhfələrin şagirdlərin inkişafında böyük rol oynadığını qeyd edərək, oxşar həmrəylik nümunələrinin artmasını arzulayıb”.
Məlumatda o da qeyd edilib ki, bu mənalı ziyarət və kitab bağışı Ardahan vilayətinin Çıldır rayonunda təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb və sosial məsuliyyət şüurunun gözəl nümunəsi kimi dəyərləndirilib.





